Tramp qlobal istiləşməyə inanmadığını dedi
10 Oktyabr 2018 12:54 DünyaABŞ Prezidenti Donald Tramp BMT-nin iqlim dəyişikliyi ilə bağlı hesabatına skeptik yanaşdığını bildirib.
O, BMT-nin bəzi hesabatlarının yetərli qədər yaxşı olmadığını bildirib.
O iqlim dəyişikliyi ilə bağlı hesabatı oxumadığını, amma bununla yaxın zamanlarda tanış olacağını bildirib.
Qeyd edək ki, BMT-nin iqlim dəyişikliyi ilə bağlı hesabatına əsasən, yaxın zamanlarda havaya atılan tullatılar azalmayacağı təqdirdə Yerdə orta temperatur 1,5 dərəcə artacaq. BMT bunun Yer üçün ağır nəticələrə səbəb olacağını və 30 trilyon dollardan çox zərər vuracağını bildirib.
Hesabata əsasən, temperaturun qalxmaması üçün ölkələr 2050-ci ilə qədər havaya karbon qazı buraxılışını sıfra endirməlidirlər.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31