Anbarın partlama səbəbi: qəsd, diversiya və... – Poroşenko

Çerniqov vilayətindəki hərbi anbarda baş verən partlayışın əsas səbəbkarı kimi Rusiya diversiyası nəzərdən keçirilir.

Bu barədə bəyanatı Ukrayna Prezidenti Pyotr Poroşenkonun Mətbuat Xidməti yayıb. Rusiya diversiyası ilə bərabər partlayışa əsas səbəblər sırasında yanğın versiyası da yer alıb.

Rəsmi məlumatda silah çatışmazlığının gizlədilməsi üçün yanğının qəsdən törədilə biləcəyi ehtimalının da diqqətdə saxlanıldığını bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31