Yaponiyadan Moskvaya etiraz: Hərbi təlimə qarşı
10 Oktyabr 2018 12:26 DünyaYaponiya Kuril adalarında təlim keçirməklə bağlı planlarına görə rəsmi Moskvaya etirazını bildirib.
Bu barədə yapon hökumətinin baş katibi Yosixide Suqa danışıb.
"Təlim atışları dörd şimal adasında Rusiyanın hərbi varlığının artmasına səbəb olacaq. Bu isə bizim ölkəmizin mövqeyi ilə üst-üstə düşmür", - Suqa bildirib.
Qeyd edək ki, Kreml Yaponiyanın bölgədə təlim atışları planları barədə məlumatlandırıldığını açıqlamışdı.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31