Donald Tramp Florida ştatında fövqəladə vəziyyət elan edib
10 Oktyabr 2018 11:41 DünyaABŞ prezidenti Donald Tramp yaxınlaşmaqda olan "Maykl" qasırğası ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edib.
Bu barədə Ağ Evdən bildirilib.
Ağ Evin məlumatında göstərilir ki, fövqəladə vəziyyət rejimi hakimiyyət orqanlarına ştatda təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yardım göstərməyə imkan verir.
"Maykl" qasırğası artıq Kubaya çatıb və Florida istiqamətində hərəkət edir. Küləyin maksimal sürəti saatda 150 kilometrdir.
Mərkəzi Amerikada təbii hadisədən azı 13 nəfər ölüb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31