ABŞ-da çimərlikdə "UNO"nun bir hissəsi tapılıb
10 Oktyabr 2018 11:38 DünyaABŞ-da çimərlikdə "UNO"nun bir hissəsi tapılıb.
Bildirilir ki, Cənubi Karolinada dincələnlər silindr şəkilli, qəribə predmet aşkarlayıblar. O, uçan naməlum obyekti xatırladır.
Dövlət orqanları yeni tapıntını araşdırmağa başlayıblar. Sosial şəbəkənin bəzi istifadəçiləri onun kosmik gəmi olması versiyasını qəbul edirlər. Bəziləri isə onu drenaj sisteminin hissəsinə bənzədirlər. Onun siqnal üzgəci (dənizdə təhlükəli yerləri göstərən üzücü nişan - red) olduğunu deyənlər də var.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31