ABŞ Kiprdəki hərbi bazasını bağlayıb
10 Oktyabr 2018 11:35 DünyaABŞ Kiprdəki hərbi bazasını bağlayıb.
Bu barədə ABC telekanalı məlumat yayıb.
Bildirilir ki, bu obyektdə 40 müqaviləli hərbi qulluqçu və 5 helikopter yerləşdirilmişdi. Vaşinqton kontingentin təminatı üçün 70 milyon dollar pul xərcləyib.
Məlumata görə, hərbi obyekt diplomatlartın Livandan təcili təxliyəsi üçün nəzərdə tutulmuşdu. Hərbi baza 2013-cü ilin sentyabrında yaradılmışdı.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31