İnterpolun sabiq rəhbərinin həyat yoldaşı təhdidlər barədə danışıb
10 Oktyabr 2018 11:29 Dünyaİnterpolun sabiq rəhbəri Men Hunveyin həyat yoldaşı Qreys Men həyatı üçün qorxduğunu söyləyib.
O, bu barədə CNN-ə müsahibəsində bildirib.
Q.Men ərinin yoxa çıxmasından sonra ona naməlum şəxsdən təhdid dolu zəng gəldiyini etiraf edib. O, həmçinin 7 yaşlı iki oğlundan atasının başına gələnləri gizlətdiyini söyləyib.
Xatırladaq ki, İnterpolun rəhbəri vəzifəsini tutan Men Hunvey sentyabrın sonlarında itkin düşüb. Daha sonra onun Çində saxlanıldığı, hökumətin onu korrupsiyada şübhəli bildiyi məlum olub. M.Hunvey təşkilatın rəhbərli postundan istefaya göndərilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31