Bosniya və Herseqovinada NEZ-də partlayış baş verib, yaralananlar var

Bosniya Herseqovinanın Bosanski-Brod şəhərində yerləşən neft emalı zavodunda (NEZ) partlayış baş verib.

Yerli vaxtla saat 21:20-da Brod NEZ-də baş verən partlayış nəticəsində azı 8 nəfər xəsarət alıb.

Hadisə yerinə çox sayda təcili yardım və yanğınsöndürən briqadaları cəlb edilib. Xəsarət alanlar xəsatəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31