ABŞ sahillərinə yaxınlaşan "Maykl" qasırğası 3-cü dərəcəyə qədər güclənib

Meksika körfəzində yaranan "Maykl" qasırğası 5 mümkün dərəcədən 3-cü dərəcəyə yüksəlib.

Hazırda qasırğa Florida sahillərinə tərəf hərəkət edir. Küləyin sürəti saatda 195 kilometrə çatır.

Florida sakinlərinə güclü külək, leysan yağışlar və mümkün daşqınlar barədə xəbərdarlıq edilib. Hazırda qasırğa Florida ştatında 435 kilometr aralıdadır və saatda 19 kilometr sürətlə ştata yaxınlaşır.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31