Hindistanda sərnişin qatarı relsdən çıxıb: 6 ölü, 35 yaralı

Hindistanın şimalında yerləşən Ray-Bareli şəhəri (Uttar-Pradeş ştatı) yaxınlığıdna sərnişin qatarı relsdən çıxıb.

Qatarın relsdən çıxması nəticəsində azı 6 nəfər həlak olub, 35 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, qəzaya uğrayan qatar Malda şəhərindən (Qərbi Benqaliya ştatı) ölkənin paytaxtı Nuy-Deliyə gedirmiş.

Hazırda qəza baş verən yerdə xilasedicilər işləyir. Xəsarət alanlar xəstəxanaya açtdırılıb. Bildirilir ki, ölnlərin sayı arta bilər.

Qatarın relsdən çıxmasının səbəbi hələki məlum deyil. Araşdırma aparılır.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31