Türkiyədə tələbə yataqxanasında kütləvi zəhərlənmə baş verib
10 Oktyabr 2018 11:15 DünyaTürkiyənin Bursa şəhərində yerləşən tələbə yataqxanasında kütləvi zəhərlənmə baş verib.
Ürəkbulanma hiss edən 4 tələbə xəstəxanaya müraciət edib. Tələbələrdə qida zəhərlənməsi qeydə alınıb. Bundan sonra tələbə yataqxanasına çoxlu sayda təcili yardım briqadaları göndərilib.
Yataqxanada daha 13 nəfərdə qida zəhərlənməsi qeydə alınıb. Onlar xəstəxanaya yerləşdirilib. İlkin müayinədən sonra 8 tələbə evə buraxılıb, 9-u isə həkim nəzarəti altında saxlanılır.
İstifadə olunan qidadan ekspertiza üçün nümunələr götürülüb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31