1 milyonluq əsərini məhv edən müəmmalı rəssam haqda ilginc məlumat

Benski bu günə qədər adını və kimliyini necə gizlin saxlaya bilib?

Artıq bir neçə gündür ki, dünya mətbuatında britaniyalı küçə rəssamı Benksinin Londonun satış evində özünə məxsus "Qız və şar" əsərini məhv etməsi olayından söz açılır.

Xatırladaq ki, qiyməti 860 min funt-sterlinqə (1,1 milyon dollar) çatan rəsm əsəri çəkicin son zərbəsindən sonra "öz-özünü məhv etməyə" başlayıb. Sonradan məlum olub ki, bir müddət əvvəl rəssam çərçivənin aşağı hissəsində kağızı xırdalamaq üçün mexanizm gizlədib və o, hərrac zamanı işə düşüb. Hərracın təşkilatçıları və iştirakçıları bu prosesi heyrətlə izləyiblər. Trafaretin köməyi ilə çəkilən "Qız və şar" əsəri Benksinin ən məşhur rəsmlərindən biridir.

Benski öz saytında məsələyə aydınlıq gətirərək bildirib ki, şəkili məhv etməsi ilə bağlı planı hələ bir neçə bundan əvvəl düşünüb. O, çərçivəyə xüsusi ülgüclər yerləşdirib. Öz əsərini məhv etmə səbəbini izah edərkən isə rus filosofu Mixail Bakuninin sözlərini xatırladıb: "Məhv etməyə çalışmaq da yaradıcı bir motivasiyadır".

Bəs əsərləri ilə dünyanı heyran qoyan rəssam Benski kimdir?

Benksi London ile ilgili görsel sonucu

Bəzi iddialara görə, onun əsl adı Robert və yaxud Robin Benskdir. Digər versiyalara görə, Benski - ingiltərəli musiqiçi, müğənni və qrafit rəssam Robert Del Nayadır. Onun haqqında yazılan kitablarda qeyd olunur ki, Benski imzalı rəssam 1974-cü ildə İngiltərənin Bristol şəhərində dünyaya gəlib. 1990-cı illərdə o qrafit kimi tanınmağa başlayıb. Lakin getdikcə əsərlərin süjeti kəskinləşməyə başlayanda polis tərəfindən təqib olunmağa başlayıb.

2006-cı ilin payızında Londonun bir neçə mağazasında heç kəsin xəbəri olmadan Paris Hiltonun albomunu dostu Danger Mousun şəkillərdən ibarət qırx dəqiqəlik mahnı və diskləri əvəz etdi. Bunub Beniski tərəfindən edildiyi deyilirdi.

Beləliklə, yaradıcılığında sosial bərabərsizlik, hökumətin ikiüzlülüyünü istedadlı şəkildə rəsmlərə köçürə bilən Benski tez bir zamanda İngiltərədə və sonra da dünyada populyarlaşmağa başlayır.

2010-cu ildə maraqlı hadisə yaşanır. Benskinin "Hədiyyə dükanından çıxış" adlı filmi müəmmalı şəkildə Beynəlxalq Berlin Film Festivalına düşür. Film festivalda Oskar mükafatına namizdə olur və sonda "Ən yaxşı sənədli film" nominasiyasını qazanır.

2011-ci ildə isə internet resuslarında ilginc məktub yayılır. Məktubda bildirilir ki, göstərilən aksiyada iştirak edib, qalib olan şəxsə Benskinin əsl kimliyi haqda məlumat veriləcək. Aksiyada iştirak etmək üçün başlanğıc qiymət 3 000 ABŞ dolları idi. 38 gedişdən sonra bu dəyər 999 999 dollara qədər çatır. Lakin gözlənilmədən aksiya internet səhifəsindən silinir. Bəzi iddialara görə, bu aksiya Benskinin özü və yaxud yaxınları tərəfindən təşkil edilib.

Bir qədər sonra isə Benski 14 seriyadan ibarət məşhur "Simpson" cizgi filiminin yaradılmasında da iştirak edir.

Elə həmin ilin oktyabr ayında Bristolde Benskinin divara çəkilmiş rəsmlərindən biri qaralanır. Bristol sakinləri bu məsələdən çox hiddətlənir və bu addımı vandalizm adlandırır. Məsələnin böyüməməsi üçün şəhər rəhbərliyi Benskinin şəkillərinin divarda qalmasına icazə verir.

Benksi London ile ilgili görsel sonucu

2013-cü ildə isə kraliça Yelizavetanın 60 illik yubileyi ilə əlaqədar "Qul əmək" qrafitini çəkir və bu əsər aksiyada 750 000 avroya satılır.

2014-cü ilin oktyabrında isə rəssamın həbs olunduğu barədə məlumatlar yayıldı. Məlumatda qeyd olunurdu ki, polis Vatforda vandallara qarşı əməliyyat keçirib. 24 saat davam edən əməliyyatda 5 adamdan ibarət bir qrup nəzarətə alınıb, hansı ki, aralarında Benski də var. Həmin məlumatda daha sonra bildirilirdi ki, əslində Benski 35 yaşında olan Paul Hornerdir və o, əslən Liverpuldandır.  Məlumat böyük ajiotaj yaratsa da, sonra öz təsdiqini tapmadı.

Qeyd edək ki, bu günə qədər Benski dörd kitabın müəllifi, iki kitabın isə qəhrəmanıdır. Onun əsərlərini divarla birlikdə almaq istəyənlər də olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31