Makqreqora döyüşə çıxmaq qadağan olundu
10 Oktyabr 2018 10:10 DünyaHəkimlər Konor Makqreqora yaxın bir ay ərzində döyüşlərdə iştirak etməyə qadağa qoyublar.
Olaylar.az Oxu.Az-a istinadən xəbər verir ki, buna səbəb Konorun rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşdən sonra səhhətində yaranmış problemlərdir.
Bildirilir ki, Həbiblə döyüşdə aldığı zədələr irlandiyalı idmançıya nəyinki yaxın bir ay ərzində döyüşlərdə iştirak etməyə, hətta təmaslı məşqlərə qatılmağa imkan vermir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31