BMT-dən Türkiyə və Səudiyyəyə çağırış

Birləşmiş Millətlər Təşkilatı (BMT) səudiyyəli jurnalist Camal Qaşıqçının yoxa çıxması ilə bağlı Türkiyə və Səudiyyə Ərəbistanına çağırış edib.

Təşkilat açıqlamasında jurnalist Camal Qaşıqçının yoxa çıxmasından ciddi narahatlıq keçirdiklərini bildirib.

BMT Qaşıqçının tez bir zamanda tapılması üçün Türkiyə və Səudiyyə Ərəbistanına çağırış edərək, istintaq başladılmasının vacib olduğunu qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğunun binasına daxil olduqdan sonra yoxa çıxıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31