Kikabidze: "Rusiyanı dəstəkləmək ölkəyə xəyanətdi"

Məşhur gürcü aktyor Vaxtanq Kikabidze Gürcüstanı tərk etməyə hazır olduğunu bildirib.

Kikabidze bu etirafını "Kviris palitra" qəzetinə müsahibəsində deyib.

"Gürcüstan əvvəlki kimi Rusiya ilə müharibə vəziyyətindədir. Bununla belə məni əsəbləşdirən Gürcüstanda çoxlarının Rusiyanı dəstəkləməsidir. Əgər bu cür davam etsə, çoxları gedəcək. Mən də gedəcəyəm. Belə Gürcüstanda yaşamaq istəmirəm. Gürcüstanda Rusiyanı dəstəkləmək vətənə xəyanətdir. Ya müstəqil, ya da qul olmaq lazımdır", - deyə o bildirib.

kult.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31