Meqastar Tarkandan həyat yoldaşına QADAĞA

Tarkan iyul ayında dünyaya gələn qızı Liya və həyat yoldaşı Pınarın sağlamlığı üçün paketlənmiş ərzaq məhsullarını qadağan edib.

Bundan sonra Tarkanın ailəsi sadəcə kəndlərdən gələn təmiz qidaları qəbul edəcək.

Tarkan ailəsinin sağlamlığı üçün hər şeyi düşünür. Liya ana südü ilə qidalandığı üçün Meqastar həyat yoldaşının sağlam qidalanması üçün paketlənmiş ərzaq məhsullarından imtina edib. İzmirin Orxanlı kəndindən və ətraf kəndlərdən təmiz ərzaq və tərəvəz məhsulları sifariş edilib.

Meqastar yumurta, tərəvəz, meyvə, kənd pendiri və zeytun yağı kimi bir sıra ərzaq məhsulları sifariş edib.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31