Macarıstanın baş naziri Türkiyənin tərəfini tutdu
9 Oktyabr 2018 16:42 DünyaAvropa İttifaqı Türkiyənin bu təşkilata üzvlüyü ilə bağlı şərtlərdə "ciddi" deyil.
Bu fikirləri Macarıstanın baş naziri Viktor OrbanTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Budapeştdə keçirdiyi görüş zamanı deyib .
O qeyd edib ki, Avropa İttifaqı Türkiyə ilə əməkdaşlıq edib-etməməklə bağlı qərarını verməlidir.
"Biz bu ölkə ilə danışıqlar aparmağı təklif etmişdik, ancaq nəhəng dövlətlər Türkiyənin heç vaxt Avropa Birliyinə üzv ola bilməyəcəyini dedilər", - Orban bildirib.
O bildirib ki, Türkiyənin miqrant siyasəti Avropanın, eləcə də, Macarıstanın təhlükəsizliyi üçün vacibdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31