Jirinovski yıxılmasından danışdı

Rusiya Dövlət Dumasının sədr müavini, Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Vladimirsk vilayətinin qubernatoru Vladimir Sipyaqinin inauqurasiya mərasimi zamanı yıxılmasına səbəb kimi pilləkənin artıq pilləsini göstərib.

"Pillə qoyublar, ancaq üzərini bağlayıblar. Buna haqları yoxdur. Bu pilləyə ilişib yıxıldım. Bu, regionun əvvəlki rəhbəri Svetlana Orlovanın səhvidir. Hətta səhnəni də düzgün qura bilməmisiniz. Dünyanın heç bir yerində səhnədə pillə qoymurlar", - Jirinovski deyib. 

Jirinovski andiçmə mərasimində pis vəziyyətə düşdü - Video

Xatırladaq ki, dünən inauqurasiya mərasimi zamanı Jirinovski səhnəyə qalxarkən ayağı büdrəyib və yıxılıb.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31