Hitlerin qohumu ilk dəfə danışdı

Adolf Hitlerin sağ qalan kişi qohumlarından biri ilk dəfə jurnalistlərə açıqlama verib. Hitlerin qardaşı nəvəsi Aleksander Stüart XyustonAlmaniyanın "Bild" nəşrinin əməkdaşları ilə danışıb. 

Kişi ABŞ prezidenti Donald Trampa və Almaniya kansleri Angela Merkelə olan münasibətlərindən söhbət edib. 

"Tramp mənim fəxr edə biləcəyim sonuncu insandır. O, mənim sevmədiyim insanlardandır", - o deyib. 

Xyuston əlavə edib ki, o, yalançıları xoşlamır. 

Onun sözlərinə görə, əlində imkan olsaydı, ən yaxşı işləyən insanlar arasında Merkelə səs verərdi. 

"O, mənim xoşuma gəlir. O, çox ağıllı görünür", - Xyuston qeyd edib. 

Hazırda Aleksander Nyu-York ştatının Lonq-Aylenda sahillərində yaşayır. Onun 68 yaşı var. 

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31