"Hərbi anbarımızı Rusiya partladıb" - Ukrayna
9 Oktyabr 2018 16:08 DünyaÇerniqov hərbi anbarındakı yanğını Rusiya təşkil edib.
Bunu jurnalistlərə açıqlamasında Ukraynanın İnfrastruktur naziri Vladimir Omelyan deyib. Onun sözlərinə görə, Çerniqovdakı yanğın və partlayış Dnestryanı konflikti, Gürcüstan müharibəsi, Krımın anneksiyası, Donbas savaşı, Solsberi hücumu, Niderlanda haker hücumları ilə eyni sıraya qoyulmalıdır.
O, bu hadisələrin əsas ortaq nöqtəsinin Rusiya olduğunu bildirib.
Qeyd edək ki, Ukraynanın Çerniqov vilayətindəki hərbi anbarda partlayış baş verib. Partlayışa görə 10 minə yaxın insan yaşadığı ərazidən evakuasiya edilib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31