Köçəryanın tərəfdarı olan teleşirkət rəhbərinə qarşı ittiham irəli sürülüb
9 Oktyabr 2018 15:59 DünyaErmənistanın sabiq prezidenti Robert Köçəryanın tərəfdarı olan H-2 teleşirkətinin rəhbəri Samvel Mayrapetyana rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb.
Bu barədə vəkil Karen Batikyan məlumat verib.
Onun sözlərinə görə, S.Mayrapetyan özünü təqsirli hesab etmir.
Oktyabrın 6-da saxlanılan S.Mayrapetyan barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri məsələsinə baxılır.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31