Hulusi Akar: “Bu gündən Münbiçdə ABŞ-la birlikdə patrul fəaliyyətinə başlamışıq”

"Türkiyə və ABŞ Silahlı Qüvvələrinin hərbçiləri Münbiçdə birgə patrul fəaliyyətini oktyabrın 9-dan etibarən həyata keçirməyə başlayıblar".

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

"Münbiçdə terror qruplaşmasının qazdığı çuxurlarla bağlı ABŞ rəsmilərinə xəbərdarlığımız etdik. Bundan başqa, məsələ ilə bağlı tədbirlər də görmüşük. Terror qruplaşması qazdığı çuxurda vaxtı gələndə basdırılacağını bilməlidir", - o deyib.

Qeyd edək ki, Türkiyə ABŞ-dan Suriyanın Münbiç bölgəsinin terrorçu PKK/YPG-PYD qruplaşmasından təmizlənməsini istəyirdi.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31