“Türkiyəni qılınc rəqsi etdiyin ölkələrlə qarışdırma” - Baxçalı

ABŞ Prezidenti Donald Tramp Türkiyəni birdəfəlik çay paketi kimi görüb birgə qılınc rəqsi etdiyi ölkələrlə qarışdırmasın. ABŞ-ın qeyri-səmimi mövqeyi ilə terrorla mübarizə apara bilmərik. ABŞ-ın dövlət başçısı məsuliyyətsiz və şüursuz davranışı ilə nifaq salır.

Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

Onun sözlərinə görə, terrorizmi türk milləti ilə hesablaşma vasitəsi hesab edənlər Türkiyənin nə həqiqi dostu, nə də müttəfiqidir: "Türk milləti heç zaman terrora boyun əyməyib, əyməyəcək də. Bəs deyirdilər terrorçular Menbiçi tərk edəcək? Açıq şəkildə qazılan quyular nədir? ABŞ PYD-PKK terror təşkilatına silah göndərməkdə davam edir".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31