"Liviyaya xaosu Britaniya gətirib" - Rusiya

Britaniya və onun NATO-dakı müttəfiqləri 7 il əvvəl Liviyaya indiki xaosu gətiriblər.

Bu sözləri öz Feysbuk səhifəsində Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin sədri Konstantin Kosaçev paylaşıb.

Onun sözlərinə görə, yalnız Rusiya Britaniya və onun müttəfiqlərinə Suriyanı yeni Liviyaya çevirməyə mane oldu.

Qeyd edək ki, bundan öncə Britaniyanın "San" qəzeti Rusiyanın Liviyanın qərbinə hərbçilərini göndərməyi və ölkəni yeni Suriyaya çevirməyi planlaşdırdığı haqqında məlumat yayıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31