İtaliya Almaniyanı hava məkanlarını bağlamaqla hədələdi
9 Oktyabr 2018 13:37 Dünyaİtaliya Almaniya üçün hava məkanlarını bağlaya bilər.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın daxili işlər naziri Matteo Salvini bildirib ki, Almaniya miqrasiya müraciəti rədd edilən insanları təyyarələrlə İtaliyaya göndərərsə, almanlara hava məkanımızı bağlanacaq.
Nazir şəxsi Twitter hesabında qeyd edib ki, Berlin, yaxud Brüssel qaçqınları icazəsiz İtaliyaya göndərsə, heç bir hava limanı onlar üçün fəaliyyət göstərməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31