Boyu uzun olduğu üçün evdən qovuldu

Türkiyənin Ərzurum şəhərində yaşayan Serap Demir adlı qız boyunun 2 metr olmasına görə ögey atası tərəfindən evdən qovulub.

Olaylar.az türk mediasına istinadən xəbər verir ki, 24 yaşlı qız rəsmilərdən kömək istəyib.

Demir bildirib ki, çölə çıxanda insanlar boyuna gülürlər: "İzdihamlı yerlərə çıxmıram. Atam həbsxanaya girəndə anam başqasıyla evləndi, ögey atam da məni evdən qovdu. Bu boyla mənə heç kim iş vermir. Gecələr xəstəxana künclərində yatıram. Təəssüf ki, heç kim mənə yardım etmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31