ABŞ-dan Ər-Riyada şok hədə: Türkiyədə yoxa çıxan jurnalist...
9 Oktyabr 2018 12:48 DünyaAmerikalı senator Lindsi Qrehem Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda yoxa çıxan jurnalist Camal Qaşıqçı ilə bağlı sərt mövqe nümayiş etdirib.
Məsələyə Tvitter hesabında münasibət bildirən Qrehem Səudiyyə Ərəbistanının konkret Türkiyəyə cavab verməli olduğunu deyib.
"Qaşıqçının başına nə gəlibsə, bunu ortaya çıxarmağımız lazımdır. Səudiyyə Ərəbistanı rəhbərliyi məsələ ilə bağlı konkret cavab vermək məcburiyyətindədir", - Qrehem qeyd edib.
O bildirib ki, Səudiyyə Ərəbistanı ABŞ-la münasibətlər üçün dürüst cavab verməlidir:
"Əgər Ər-Riyad yanlışlığa yol verərsə, bunun münasibətlərmizə dağıdıcı təsiri olacaq - həm iqtisadi, həm də digər mövqelərdən ağır bədəli olacaq".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31