Putinin Əsədə hədiyyəsi: 3 divizion, 100 raket…

Rusiya Suriyaya S-300 zenit raket komplekslərini pulsuz verib.

Bu barədə məlumatı TASS agentliyi yayıb. Agentlik Dəməşqə 3 divizion S-300 kompleksinin verildiyini bildirib.

Suriyaya verilən komplekslərdə 100 ədəd idarəolunan raketin olduğu vurğulanıb.

Suriyaya tədarük edilən S-300-lər Rusiyanın raket alaylarından birinin tərkibində yer alıb. Sonradan alay S-400-lə əvəz edilib və S-300-lər Suriyaya göndərilib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31