CHP İnönünün yeni fotosunu yaydı – Ərdoğana cavab

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkənin ikinci prezidenti İsmət İnönünün əlində türk bayrağı əvəzinə ABŞ bayrağı olan fotosu barədə danışması CHP sıralarında kəskin narazılıqla müşahidə olunub.

Türkiyədə geniş müzakirə mövzusu olan foto ilə bağlı CHP üzvləri və İnönü Fondu açıqlama verib.

Məlumatda bildirilir ki, əslində İnönünün əlində diplomatik nəzakət qaydalarına uyğun olaraq hər iki ölkənin bayrağı olub. Eyni anda müxtəlif rakurslardan çəkilən fotolardan birində İnönünün əlində yalnız türk, digərində isə yalnız ABŞ bayrağı kadra düşüb.

Beləliklə, CHP İnönünün əlində yalnız Türkiyə bayrağının göründüyü fotosunu paylaşmaqla iddialara cavab verib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31