Ermənistan parlamentinin sədr müavini Türkiyədə səfərdədir
8 Oktyabr 2018 15:21 DünyaErmənistan parlamentinin sədr müavini Eduard Şarmazanov Türkiyədə işgüzar səfərdədir.
Məlumatı ölkə parlamentinin mətbuat xidməti yayıb.
O, Türkiyənin Antalya şəhərində keçirilən Avrasiya ölkələri parlament sədrlərinin 3-cü görüşündə iştirak edir.
E.Şarmazanovun forumda məruzə ilə çıxış edəcəyi və bir sıra dövlətlərin parlament başçıları ilə görüşü gözlənilir.
Qeyd edək ki, E.Şarmazanov keçmiş hakim Respublikaçılar Partiyasından deputatdır.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31