Bolton İrəvanı buna məcbur etməyə gəlir – Sərkisyan açıqladı

Suren Sərkisyan "Sputnik Ermənistan"a açıqlamasında deyib ki, Con Boltonun səfəri İran ətrafında yaranan situasiya ilə bağlıdır.

"Bolton İran məsələsində barışmaz mövqeyə sahibdir. Ermənistana gəlincə isə Bolton onunla İrəvanın Suriyadakı humanitar missiyada iştirakını da müzakirə edəcək. Aydındır ki, Ermənistan rusiyalı mütəxəssislərlə humanitar əməliyyatlarda iştirak edəcək. İrəvanın məhz bu missiyada iştirakı ABŞ üçün həssas nöqtədir. Əgər İrəvanın bu qərarı qəti deyilsə, o zaman Bolton İrəvanı atdığı addımdan geri çəkilməyə razı salmağa çalışacaq" - deyə o bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31