Paşinyan: "Parlament de-fakto buraxılıb"
8 Oktyabr 2018 15:02 DünyaƏgər kimsə xalqa problem yaratmaq rolunu üzərinə götürmək qərarını veribsə, o zaman xalq özü bu problemin ləğvi yolunu tapacaq.
Bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, hazırda Ermənistan parlamenti de-fakto buraxılıb, indi sadəcə onun de-yure buraxılması həll edilməlidir:
"Əgər xalq qərar qəbul edibsə ki, bu hökumət getməlidir, o zaman hökumət istefaya getməlidir. Mən özümü bu prosesin zəmanətçisi sayıram".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31