40 milyonluq İran türkünün tələbi - Qazipur

İranda 40 milyonluq türk cəmiyyətinin 24 saat yayımlanan televiziya kanalına ehtiyacı var.

Bu sözləri Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur deyib. Millət vəkili İran Teleradio Şirkətinin rəisi və İslami İrşad və Mədəniyyət nazirinə tələblərini irəli sürüb:

"Konstitusiyanın 15 və 19-cü maddələrinə əsasən, İranda 40 milyonluq türk cəmiyyətinin 24 saat yayımlanan televiziya kanalına ehtiyacı var. Nə üçün ölkə əhalisinin yarısını təşkil edən türklərə əhəmiyyət vermirsiniz? 40 milyon türk üçün İranın hər yerində yayılacaq bir qəzetə lisenziya verin, qoy bu cəmiyyətin də bir qəzeti olsun".

kult.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31