Serbiya yenə NATO-nun ümidini öldürdü

Serbiya NATO-ya üzv olmayacaq və hərbi neytrallığını qoruyub saxlayacaq.

Bunu Serbiya Prezidenti Aleksandr Vuçiç NATO-nun "Serbiya 2018" hərbi təliminin açılışında çıxışı zamanı deyib.

"Serbiya neytral ölkədir. Belqrad NATO ilə əməkdaşlığını davam etdirəcək, amma neytrallığını da qoruyacaq. Biz həmçinin Çin və Rusiya ilə də mehriban münasibətlərimizi qoruyub saxlayacağıq", - deyə o bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31