İrəvanın korrupsiya çirkabı: 101 məmur həbs edildi
8 Oktyabr 2018 14:46 DünyaErmənistanda dövlət idarəetməsinin müxtəlif sahələrində korrupsiya təzahürləri aşkar edilib. Məktəb, məktəbəqədər təhsil müəssisələri, universitetlər, tibb mərkəzləri, sosial xidmətlər və "Aypost" nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi idarəsində yüzlərlə sui-istifadə halı ilə bağlı iş qaldırılıb. Bütün bu sui-istifadə halları kütləvi xarakter daşıyıb.
Bu barədə Ermənistan İstintaq Komitəsinin rəhbəri Ayk Qriqoryan danışıb.
"Son 9 ay ərzində 845 axtarış həyata keçirilib, 172 nəfər saxlanılıb. 1335 nəfər təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. Onlardan 101 nəfəri vəzifədə olan məmurlardır. 142 nəfər barəsində həbs qətimkan tədbiri seçilib", - Qriqoryan bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31