Ukrayna Rusiya ilə barışıq şərtini açıqladı: Qardaş xalq...

Rusiya ilə Ukrayna arasında barışıq qarşılıqlı istək əsasında ola bilər.

Bu barədə Ukraynanın İşğaldakı Ərazilərlə İş üzrə nazir müavini Georgi Tuka danışıb.

"Bu nə zaman baş verəcək? Bu, ilk növbədə Rusiya Federasiyasından asılıdır. Düşünmürəm ki, Ukraynada özünü "elita" adlandıran kəsimdə Rusiya xalqı ilə bağlı hər hansı önyarğı olsun", - Tuka bildirib.

O, rus xalqını heç vaxt qardaş xalq hesab etmədiyini də bildirib:

"Əgər biz qardaşıqsa, o zaman bizlərdən hansımız Qabilik, hansımız Habil?"

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31