Braziliyada iki namizəd prezident seçkilərinin II turuna keçib

Braziliyanın sağ Sosial-Liberal Partiyasından olan namizəd Jair Bolsonaru və sol Zəhmətkeşlər Partiyasından olan namizəd Fernandu Addad ölkədə keçirilən prezident seçkilərinin II turuna keçib.

Seçki bülletenlərinin 98 faizinin hesablanmasından sonra Bolsonaru seçicilərin 46,46 faizinin, Addad isə 28,69 faizinin səsini toplayıb.

Oktyabrın 7-də Braziliyada ümumi seçkilər keçirilib.

Ölkə sakinləri parlament deputatlarını, ştatların qanunverici palataları və qubernatorlarını, həmçinin prezidenti seçmək üçün səs veriblər.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31