Aİ-nin İraqdakı səfiri içməli sudan zəhərlənib

Avropa İttifaqının İraqdakı səfiri Ramon Blekua ölkənin cənubunda yerləşən Bəsrə şəhərində çirklənmiş içməli sudan zəhərlənib.

R.Blekua bu barədə öz Twitter səhifəsində yazıb.

R.Blekua bildirib: "Bu səhər mən özümü pis hiss etdim və bir neçə görüşü təxirə salmaq məcburiyyətində qaldım. YUNİSEF-in həkimi çirklənmiş sudan zəhərlənmə diaqnozu təyin etdi".

Diplomat həmçinin qeyd edib ki, Bəsrə sakinləri ilə bu dərəcədə həmrəy olacağını planlaşdırmırdı: "Amma indi, əlbəttə, mən sizin hisslərinizə şərikəm".

Xatırladaq kı, sentybar ayının ortalarında Bəsrə əyalətində keyfiyyətsiz içməli sudan azı 27 min insan zəhərlənib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31