"Rusiya OPCW-yə kiberhücum cəhdinə görə cavab verməlidir" - Pentaqon
4 Oktyabr 2018 18:28 DünyaKimyəvi Silahların Qadağan Olunması Təşkilatına (OPCW) kiberhücum cəhdinə görə məsuliyyət Rusiya tərəfinin üzərinə düşür.
Bu barədə ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib.
Onun sözlərinə görə, Rusiya bu addıma görə cavab verməlidir və cavab tədbirləri üçün geniş alətlər seçimi mövcuddur.
C.Mettis həmçinin daha əvvəl Böyük Britaniya və Niderland tərəfindən ifadə edilən mövqe ilə razılaşdığını vurğulayıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31