Ərdoğandan terrora reaksiya: "İntiqam alacağıq!"

Bu gün Batmanda şəhid olan 7 əsgərimizi yad edirik. Şəhid və qazilərimizin qanını yerdə qoymayacağıq.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan din xadimləri ilə görüşündə deyib.

"Bu durum düşmənlərimizə qarşı nifrətimizi daha da artırır. Terrorizmə qarşı mübarizəni qətiyyətlə davam etdirəcəyik", - Ərdoğan bildirib.

Qeyd edək ki, bu gün Türkiyənin Batman rayonunda PKK terrorçularının törətdiyi partlayış nəticəsində 7 türk əsgəri şəhid olub.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31