Paşinyan keçmiş prezidentin silahdaşını nazir təyin edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sarqsyanın silahdaşı, deputat Feliks Çolakyanı ölkənin fövqəladə hallar naziri təyin edəcək.

Bunu F.Çolakyanın özü bildirib.

"Bəli, mən belə bir təklif almış və qəbul eləmişəm", - deyə deputat vurğulayıb.

Qeyd edək ki, Feliks Çolakyan əvvəllər Serj Sarqsyanın Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının üzvü olub. Ancaq bu ilin mayın 1-də parlamentdə Nikol Paşinyanın baş nazir olmasına səs verərək, fraksiyanı tərk edib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31