Məşhur futbolçuya silahlı hücum - Canını 20 minlik saat qurtardı

"Napoli"nin hücumçusu Arkadiuş Milik Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Liverpul"a qalib gəldikləri oyundan sonra silahlı soyğunun qurbanı olub.

Milik klubun bazasından evə doğru 02:00-da yola düşüb. Onun yolunu motosiklet sürən iki şəxs kəsib. Üzlərini bağlayan həmin şəxslər Miliki maşınından düşürüblər və silahı ona doğru tutaraq, hədə-qorxu gəliblər.

Qorxulu anlar yaşayan polşalı hücumçu qolundakı 20 min avroluq "Rolex Daytona" saatını yolkəsənlərə verib. Saatı almağa razılaşan quldurlar turist bölgə olan Likola istiqamətinə doğru gediblər.
 
Napoli polisi sözügedən şəxsləri axtarmaq üçün araşdırmalara başlayıb.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31