Rada iki məşhur TV-nin bağlanmasını tələb etdi
4 Oktyabr 2018 15:35 DünyaUkrayna Radası Milli Təhlükəsizlik və Müdafiə Şurasından iki məşhur televiziya kanalına qarşı sanksiya tətbiq edilməsini istəyib.
Televiziyalarına qarşı sanksiya tətbiqini 229 deputat dəstəkləyib.
Qeyd edək ki, bundan öncə hər iki televiziyaya qarşı Ukraynada böyük kampaniya aparılıb. Üstəlik, parlamentin saytında bu televiziyaların bağlanmasına dair petisiya yerləşdirilib. Petisiyanı yaradanlar televiziyaları Rusiya lehinə dezinformasiya yaymaqda, Ukrayna ordusuna qarşı yanlış informasiyada ittiham ediblər.
"Nyusvan" televiziyası Andrey Portnova məxsusdur. Portnov 2014-cü ilə qədər eks-prezident Viktor Yanukoviçin müşaviri olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31