Ukraynanın Rusiyadan qeyri-adi tələbi – 30 min ədəd...
4 Oktyabr 2018 15:20 DünyaUkrayna Rusiyadan 30 min ədəd vaqon tələb edib.
Bu barədə Ukrayna parlamentinin yuxarı palatasının vitse-spikeri İrina Qeraşenko açıqlama verib.
O qeyd edib ki, bu vaqonlar Avropa Bankından alınan kredit hesabına əldə olunub və onların ödənişi hələ başa çatmayıb.
Parlamentari həmçinin əlavə edib ki, bu vaqonlar Rusiyanın hücumundan sonra işğal olunmuş ərazilərdə qalıb və Moskva onları təmir edərək geri qaytarmalıdır.
Məsələ ilə bağlı rəsmi Moskva açıqlama verməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31