Moldova müstəqillik dövründə ilk dəfə olaraq hərbi strategiyasını qəbul edib

Moldova hökuməti müstəqillik dövründə ilk dəfə olaraq 2018-2022-ci illəri əhatə edən hərbi strategiya planını qəbul edib.

Moldovanın müdafiə naziri Eudjen Sturza mətbuata açıqlamasında bildirib ki, hərbi strategiya planı ölkənin müdafiə imkanlarının gücləndirilməsi məqsədilə qəbul olunub. Nazirin sözlərinə görə, hərbi strategiya milli təhlükəsizliyə qarşı müasir çağırışlara cavab verir. Sənəddə yeni silahlanmadan tutmuş, orduda şəxsi heyətin sayının artırılmasına qədər bütün məsələlər yer alıb.

Sənəd Müdafiə Nazirliyi tərəfindən Daxili İşlər Nazirliyinin nümayəndələrinin iştirakı və beynəlxalq ekspertlərin dəstəyi ilə hazırlanıb.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31