“Konq-Rey” tufanının Okinavaya yaxınlaşacağı ehtimal olunur
4 Oktyabr 2018 14:06 DünyaYaponiyanın Okinava prefekturasının sakinləri son bir həftə ərzində ikinci tufanın yaxınlaşmasını gözləyirlər.
Yaponiyada "25 nömrəli" adlandırılan "Konq-Rey" tufanı oktyabrın 4-dən 5-nə keçən gecə Okinava adalarına yaxınlaşa bilər.
Meteoroloqlar insanları güclü külək, hündür dalğalar, torpaq sürüşmələri və daşqınlar barədə xəbərdar ediblər.
Prefektura istiqamətində hərəkət etməli olan 200-dən çox aviareys artıq təxirə salınıb.
Meteoroloqlar bildirirlər ki, tufan əvvəlcə şimal istiqamətində, sonra isə çox güman, şimal-şərq istiqamətində hərəkət edərək Cənubi Koreyaya çatacaq, Yaponiyanın qərb və şimal ərazilərində də qasırğa əmələ gətirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31