FTX-nin Dağıstan əməliyyatı: İş adamları həbs edildi

Dağıstanda Kaspiysk Şüşə Lövhə Zavodunun baş direktoru İqor Kremer və onun müavini Ənvər Fəxrutdinov fırıldaqçılıqda şübhəli bilinərək həbs edilib.

Həbs edilən şəxslərin evində axtarış aparılıb. Axtarışı Federal Təhlükəsizlik Xidmətinin Dağıstandakı bölməsi həyata keçirib.

Qeyd edək ki, Kaspiysk Şüşə Lövhə Zacvodu Şimali Qafqazın ən böyük müəssisələrindən biri sayılır. Zavod oktyabrın 1-də Azərbaycana 5 milyon dollarlıq şüşə lövhələrin tədarükü ilə bağlı müqavilə imzalayıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31