London xəbərdarlıq etdi: Türkiyədə bunları almayın
4 Oktyabr 2018 13:53 Dünyaİngiltərənin Xarici İşlər Nazirliyi vətəndaşlara Türkiyə ilə bağlı xəbərdarlıq edib.
İngiltərə XİN-dən verilən açıqlamada "Türkiyədən tarixi əsər almayın, bunları alsanız, 5-12 il həbs cəzasına məhkum edilə bilərsiniz" ifadələrinə yer verilib.
"Tarixi əsər saxlamaq, almaq və ya ticarəti qanunlara ziddir. Cərimə ilə yanaşı, 5-12 il həbs cəzası verilməsinə səbəb ola bilər. Bunları Türkiyədə alıb-satmaq qanuni sayılır. Ancaq ölkə xaricinə göndərmək və ya aparmaq qadağandır", - açıqlamada bildirilib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31