Tramp və Kim Çen İn Nobelə namizəddir

Məşhur "Time" jurnalı Nobel mükafatının namizədlərinin siyahısını dərc edib.

Olaylar.az xarici KİV-lərə istinadən xəbər verir ki, siyahıda ABŞ prezidenti Donald Tramp, Şimali Koreyanın lideri Kim Çen In və Cənubi Koreya prezidenti Mun Çje İnin adı var.

Tramp iyulun 12-də Sinqapurda ABŞ və Koreya Xalq Demokratik Respublikası arasında baş tutan yüksək səviyyəli görüşə görə mükafata namizəd göstərilib. 

Koreya dövlət başçılarının Nobel mükafatına namizəd göstərilmə səbəbi isə illər sonra iki ölkə arasında sülh bağlanmasıdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31