Türkiyədə itən ərəb jurnalistlə bağlı konsulluqdan açıqlama
4 Oktyabr 2018 13:16 DünyaSəudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedən tanınmış müxalifətçi ərəb jurnalist, Türkiyədə yoxa çıxıb.
Olaylar.az türk mediasına istinadən xəbər verir ki, "Washington Post" yazarı Camal Qaşıqçıdan iki gündür xəbər yoxdur.
Konsulluq açıqlamasına bildirib ki jurnalistin itməsi ilə bağlı detalların araşdırılması üçün türk rəsmiləri ilə əlaqə qururlar.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Şahzadəsi Məhəmməd bin Salmana qarşı müxalif yazılar yazan Qaşıqçı təxminən bir il əvvəl ölkəsini tərk edərək ABŞ-a köçmüşdü.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31